Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdədir.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, səfərdə əsas məqsəd turizm sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Belə ki, Turizm və Ekologiya Nazirliyinin dəvəti ilə KKTC-yə gələn heyət, iki ölkə arasında turizm əlaqələrini canlandırmaq üçün əhəmiyyətli görüşlər keçirir.
Turizm və Ekologiya Nazirliyinin müşaviri Serhan Aktuç və KKTC-nin Azərbaycan nümayəndəsi Növber Ferit Vechinin müşayiət etdiyi Azərbaycan heyəti ilə ilk görüşünü Türk Hava Yolları və "Pegasus" aviaşirkətlərin rəsmiləri ilə keçirib.
Bundan başqa, Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Kıbrıs Türk Səyahət Agentliyi Dərnəyi ilə bir araya gələrək Gazimağusa və Bafra turizm bölgələrini ziyarət edəcək.