Azərbaycan və Rusiya Xəzərdə birgə səyahətlər təşkil edəcək

Azərbaycan və Rusiya Xəzərdə birgə səyahətlər təşkil edəcək Bu layihə MDB-də ümumi turizm məkanının yaradılması çərçivəsində reallaşdırılacaq
Turizm
29 Sentyabr , 2017 13:15
Azərbaycan və Rusiya Xəzərdə birgə səyahətlər təşkil edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya Xəzər dənizində kruiz səyahəti təşkil etmək niyyətindədir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin Stavropol diyarında keçirilən “İnvestisiyalar, innovasiyalar, turizm” adlı VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda məlumat verib.

Onun sözlərinə görə, bu cür səyahətlərin dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə təşkil olunması barədə razılıq əldə olunub. Bu layihə MDB-də ümumi turizm məkanının yaradılması çərçivəsində reallaşdırılacaq.

“Hazırda Azərbaycanın Rusiyanın 78 regionu ilə əlaqəsi var. Bu, az qala ölkənin bütün ərazisi deməkdir. Azərbaycan və Rusiyada iqtisadi dinamika eyni istiqamətdədir. Hər iki ölkənin iqtisadiyyatı neftin ucuzlaşmasından sonra yeni vəziyyətə uyğunlaşır. Bu baxımdan birgə fəaliyyət göstərmək vacibdir”, - deyə M.Oreşkin qeyd edib.

Nazir həmçinin əlavə edib ki, hazırda Azərbaycan və Rusiyanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft və qaz hasilatı sahəsində fəaliyyət göstərən 650-yə yaxın birgə müəssisəsi var. 

Son xəbərlər

Orphus sistemi