Azərbaycan və İordaniya turizm əməkdaşlığını genişləndirə bilər

Azərbaycan və İordaniya turizm əməkdaşlığını genişləndirə bilər Azərbaycanla İordaniya arasında turizm şirkətləri üçün tanışlıq məqsədli infoturlar, turizm sahəsində təcrübə mübadiləsi təşkil edilə bilər.
Turizm
19 Avqust , 2022 11:57
Azərbaycan və İordaniya turizm əməkdaşlığını genişləndirə bilər

Azərbaycanla İordaniya arasında turizm şirkətləri üçün tanışlıq məqsədli infoturlar, turizm sahəsində təcrübə mübadiləsi təşkil edilə bilər.

"Report" "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşehin və İordaniya Turizm Bürosunun marketinq direktoru Ahmad Alhamud arasında baş tutmuş işgüzar görüşdə müzakirə olunub.

Görüşdə iki ölkənin turizm təşkilatları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm şirkətləri üçün tanışlıq məqsədli infoturların təşkili, turizm sahəsində təcrübə mübadiləsinin aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İordaniyanın tarixiliyi və memarlığı baxımından cəlbedici turizm istiqaməti olaraq Azərbaycanlı turistlər üçün maraqlı olduğunu qeyd edən G.Qəhrəmanov rəhbərlik etdiyi Assosiasiyanın Krallıqla turizm sahəsində əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu deyib. O, birgə əməkdaşlıq çərçivəsində yaxın dövr üçün İordaniyadan Azərbaycana səfər edən turistlərin sayının artacağına ümid etdiyini bildirib.

Səfir isə ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini, bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını bildirib, istirahət, dini, müalicəvi turizm baxımından İordaniyanın geniş imkanlara sahib olduğunu qeyd edib. O, birbaşa uçuşların təşkilinin vacibliyinə də toxunaraq bunun iki ölkənin turizminə gələcəkdə müsbət təsir edəcəyini deyib.

Görüşdə iki ölkənin turizm sahəsinin inkişafına və təbliğinə yönəlik bu formatlı görüşlərin davamlı keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi