Azərbaycan Turizm Bürosu, AZAL və və Çinin aparıcı turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Turizm Bürosu, AZAL və və Çinin aparıcı turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb Bakı. 16 yanvar. REPORT.AZ/ Pekində Azərbaycan Turizm Bürosu (ATB), Azərbaycan Hava Yolları QSC (AZAL) və Çinin aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.
Turizm
16 Yanvar , 2019 14:27
Azərbaycan Turizm Bürosu, AZAL və və Çinin aparıcı turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Pekində Azərbaycan Turizm Bürosu (ATB), "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Çinin aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. 

Bu barədə "Report"a ATB-dən bildirilib. 

Məlumata görə, sənəd çinli turistlərin Pekin-Bakı aviareysi ilə Azərbaycana, burdan isə digər ölkələrə səfər etməsini, Bakının tranzit rolunun artırılmasını nəzərdə tutur. 

“ETI-Holidays” Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılmasına dəstək verməyi öhdəsinə götürür. 

İmzalanma mərasimində Azərbaycanın Çindəki səfirliyinin, ticarət nümayəndəliyinin və Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak edib. 

Qeyd edək ki, ötən ay ATB-nin Pekində rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi