Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan və Avstriya arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Dövlət Turizm Agentliyindən "Report"a verilən məlumata görə, 12 iyulda keçirilən görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex “Turizm nou-hau və turizm infrastrukturu üzrə Avstriya Sammiti” mövzusunda noyabrda Bakıda təqdimat tədbirinin təşkil olunmasını müzakirə edib.
Avstriyanın 7 turizm şirkətinin mütəxəsissləri tərəfindən Azərbaycanda turizmin inkişafı ilə bağlı təqdimatların edilməsi planlaşdırılan tədbirin keçirilməsinə Agentlik tərəfindən dəstəyin verilməsi razılaşdırılıb.
Həmçinin Dövlət Turizm Agentliyinin gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, Avstriya ilə turizm sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.