Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq Azərbaycan martın 3-6-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək "Travelexpo" - 5-ci Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edəcək.
Turizm
1 Mart , 2022 14:48
Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Azərbaycan martın 3-6-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək "Travelexpo" - 5-ci Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edəcək.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Tədbir Türkiyənin Mədəniyyət, Turizm və Ticarət Nazirliklərinin, Ankaranın icra və bələdiyyə qurumlarının, yerli Sənaye Palatasının, Ankara Şəhər Şurasının və Türkiyə Sağlamlıq Turizmi Şurasının dəstəyi ilə şəhərdəki Konqres Mərkəzində baş tutacaq.

Sərgidə sağlamlıq turizmi üzrə Əlcəzair, İraq, İran, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Rusiya və Tacikistan da daxil olmaqla 13 ölkədən 40 mütəxəssis, həmçinin Türkiyənin Turizm Təbliğat və İnkişaf Agentliyinin dəstəyi ilə Almaniya, Azərbaycan, İran, Makedoniya, Rusiya və Serbiyadan 20 turoperator iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi