Azərbaycan Türkiyədə işgüzar turizm imkanlarını nümayiş etdirir

Azərbaycan Türkiyədə işgüzar turizm imkanlarını nümayiş etdirir Azərbaycanın işgüzar turizm imkanları bu gün Türkiyənin İstanbul şəhərində işə başlamış və 3 gün davam edəcək “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş etdirilir.
Turizm
25 May , 2022 15:03
Azərbaycan Türkiyədə işgüzar turizm imkanlarını nümayiş etdirir

Azərbaycanın işgüzar turizm imkanları bu gün Türkiyənin İstanbul şəhərində işə başlamış və 3 gün davam edəcək “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş etdirilir.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, "Türk Hava Yolları" şirkətinin "İstanbul Konqres Mərkəzi"ndə təşkil etdiyi sərgidə ölkəmizi Agentliyin təşkilatçılığı ilə turizm agentlikləri, hotellər, Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC, "Heydər Əliyev Mərkəzi" və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir.

Görüşlərdə beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş və müasir imkanlara malik "Bakı Konqres Mərkəzi", "Heydər Əliyev Mərkəzi" və "Bakı Ekspo Mərkəzi" kimi beynəlxalq səviyyəli məkanlar haqqında məlumatlar diqqətə çatdırılır.

“ACE of MICE” sərgisində maraqlı tərəflərlə, həmçinin Bakı şəhəri və regionlarda yerləşən orta və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik turizm infrastrukturları və hotellər, o cümlədən Qarabağın turizm potensialı haqqında məlumatlar bölüşülür.

Son xəbərlər

Orphus sistemi