Azərbaycan Turizm Bürosu “Wego” platformasında onlayn kampaniyaya başlayıb

Azərbaycan Turizm Bürosu “Wego” platformasında onlayn kampaniyaya başlayıb Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verib.
Turizm
21 Aprel , 2022 10:05
Azərbaycan Turizm Bürosu “Wego” platformasında onlayn kampaniyaya başlayıb

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verib.

"Report" Agentliyə istinadən xəbər verir ki, kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.

Avqustun 15-nə qədər davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.

“Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.

Son xəbərlər

Orphus sistemi