Azərbaycan Turizm Bürosu aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur “Expedia” platforması ilə rəqəmsal əməkdaşlığa başlayıb.
Bu barədə "Report"a Turizm Agenliyindən bildirilib.
Əməkdaşlıq çərçivəsində “
O bildirib ki, “Expedia” ilə yanaşı, “Skyscanner”, “Wego”, “Aviasales” platformaları ilə də əməkdaşlıq edilir, beynəlxalq media platformaları vasitəsilə Azərbaycanın turizm imkanlarının daha geniş kütləyə çatdırılması istiqamətində isə işlər davam etdirilir. Tezliklə hədəf bazarlarda nümayəndəliklərin yenidən fəaliyyətə başlayacağını bildirən F. Zenqstşmid beynəlxalq turizm və səyahət sərgilərində iştirak etməyin vacibliyinə də toxunub.
Baş icraçı direktor yaxın gələcəkdə "Expo 2020 Dubai" sərgisində “Azərbaycan həftəsi” adı altında 4 turizm marşrutu üzrə təkliflərin müxtəlif tədbirlər vasitəsilə tanıdılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, onlayn səyahət agentliyi xarakteri daşıyan “Expedia” platformasının əsası 1996-cı ildə ABŞ-da qoyulub. Platformanın tərkibində ümumilikdə 112 milyondan çox aylıq unikal ziyarətçi sayına malik olan 200-dən artıq vebsayt fəaliyyət göstərir. “Expedia.com” və “hotels.com” vebsaytlarının aylıq unikal ziyarətçi sayı isə müvafiq olaraq təqribən 48 və 30 milyon təşkil edir.