Azərbaycan Turizm Assosiasiyası Polşa və Ukraynada nümayəndəlik aça bilər

Azərbaycan Turizm Assosiasiyası Polşa və Ukraynada nümayəndəlik aça bilər Assosiasiya Azərbaycan üzərindən uçuşların sayının artmasından istifadə etmək istəyir
Turizm
1831
8 Sentyabr , 2017 11:58
Azərbaycan Turizm Assosiasiyası Polşa və Ukraynada nümayəndəlik aça bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) Polşa və Ukraynada nümayəndəliyini aça bilər. 

"Report" xəbər verir ki, bu barədə AZTA-nın sədri Nahid Bağırov məlumat verib. 

"Hazırda Malayziya, Dubay və Ukraynada nümayəndəliyimiz var. Ölkə xaricində nümayəndəliyin olması beynəlxalq turlar və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən turizm axınında iştirak etmək kimi qərarın alınmasına səbəb olub. Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır. Biz də bu prosesdə Azərbaycan ərazisini təklif etməklə iştirak etmək istəyirik. Bu mexanizm ya Azərbaycan üzərindən tranzit və ya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər. Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir. Bu, ukraynalı həmkarlarımız ilə fəaliyyətin səmərəliliyindən, AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turların təşkil edilməsi qərarından asılıdır",- N. Bağırov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi