"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyəti yenidən formalaşdırılıb

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyəti yenidən formalaşdırılıb "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin 2-ci Baş Assambleyası keçirilib.
Turizm
4 Avqust , 2022 11:23
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin 2-ci Baş Assambleyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Assosiasiyanın İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

Belə ki, Əhməd Qurbanov sədrin müavini, Qüdrət Hacıyev, İbrahim Əliyev, Vəfa Cavadova, İlmir İsmayılov, Raul Fərəcov, Müzəffər Abbasov və Çingiz Mürsəlov yeni İH-nin üzvləri seçiliblər.

Assosiasiyanın yeni sədri Göydəniz Qəhrəmanov qurumun mümkün vasitələrdən və imkanlardan istifadə edərək ölkə turizminin bərpasında və inkişafında, eləcə də dünyaya tanıdılmasında aktiv fəaliyyət göstərəcəyini bildirib. O, Assosiasiya olaraq bundan sonra da turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına çalışacaqlarını, üzv şirkətlərin maraqlarının qorunmasını təmin edəcəklərini bildirb.

G.Qəhrəmanov Assosiasiyaya yarandığı gündən böyük dəstək göstərən Dövlət Turizm Agentliyinə və Azərbaycan Turizm Bürosuna təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi