Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məqsədlərini açıqlayıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məqsədlərini açıqlayıb “Qarşımızda duran əsas vəzifə dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun formalaşan turizmə yeni fəlsəfə gətirməkdir”.
Turizm
27 İyun , 2019 11:03
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məqsədlərini açıqlayıb

“Qarşımızda duran əsas vəzifə dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun formalaşan turizmə yeni fəlsəfə gətirməkdir”.

“Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev deyib.

“Əsas məqsəd peşəkar və operativ yanaşmalar sərgiləmək, inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir. Turizm sahəsi özündə 50-dən artıq sektoru birləşdirən sənayedir. Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas məqsədi ümumi rifah və nəticəyə fokuslanmaqdır. Yeni ictimai qurumun yaradılması sahibkarlar və dövlət qurumları arasında daimi və sıx əlaqələr formalaşdırmaq, möhkəm körpü yaratmaqdır. Assosasiyanın yaradılması ilə turizm şirkətlərini rəy və təkliflərini bildirməsinə imkan yaranacaq”, - R.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi