Azərbaycan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir

Azərbaycan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir Bakı. 31 yanvar. REPORT.AZ/ Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2019 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir.
Turizm
31 Yanvar , 2019 16:22
Azərbaycan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir

Bakı. 31 yanvar. REPORT.AZ/ Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2019 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir.

Bu barədə "Report"a Agentlikdən bildirilib. 

Məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən sərgi fevralın 3-nə qədər davam edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Hava Yolları QSC, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, müxtəlif turizm şirkətləri və hotellərin müayəndələri daxildir. 70 kv. metrlik stenddə Azərbaycanın turizm potensialını əks etdirən foto və video çarxlar nümayiş etdirilir, broşürlər paylanılır.

Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir.

Sərgidə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində, Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.

1997-ci ildən etibarən hər il keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi, ümumilikdə, 54000-dən çox ziyarətçi qəbul edib.

Qeyd edək ki, ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.

Son xəbərlər

Orphus sistemi