Azərbaycan sahibkarları Qazaxıstanda beynəlxalq foruma dəvət alıblar

Azərbaycan sahibkarları Qazaxıstanda beynəlxalq foruma dəvət alıblar Oktyabrın 6-7-də investisiya layihələri beynəlxalq forum keçiriləcək
Turizm
29 Sentyabr , 2016 20:19
Azərbaycan sahibkarları Qazaxıstanda beynəlxalq foruma dəvət alıblar

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qazaxıstanın investorlar üçün ən əhəmiyyətli regionlarından olan Manqistauda oktyabrın 6-7-də investisiya layihələri (“Manqistaunun İnvestisiya Günləri”) üzrə beynəlxalq forum keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, “Manqistaunun İnvestisiya Günləri” neft və qaz, turizm, nəqliyyat və logistika, tikinti, infrastruktur və alternativ enerji sektorlarında maliyyə cəlbi tələb edən layihələrlə tanış olmaq üçün nəzərdə tutulan platformadır.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvətlidirlər.

Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər Manqistau SCE-nin investor əlaqələri üzrə rəhbəri Aynur Tumişeva (Mobil:+7 702 987 08 92, Tel: +7 7292 30 28 28 ext. (4746), E-poçt: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi