Azərbaycan sahibkarları Almaniyaya dəvət olunur

Azərbaycan sahibkarları Almaniyaya dəvət olunur Leypsiqdə ətraf mühit və enerji texnologiyaları ilə bağlı forum keçiriləcək
Turizm
7 Fevral , 2017 15:06
Azərbaycan sahibkarları Almaniyaya dəvət olunur

Bakı. 7 fevral. REPORT.AZ/ Almaniyanın Leypsiq şəhərində “Ətraf mühit və enerji texnologiyaları” üzrə XX beynəlxalq tərəfdaşlıq forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, forum aprelin 5-dən 7-dək davam edəcək.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları forumda iştiraka dəvət olunublar.

Tədbirdə iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi