Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə aviaşirkətləri "İpək Yolu" üzrə uçuş qiymətlərini müzakirə edəcək

Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə aviaşirkətləri "İpək Yolu" üzrə uçuş qiymətlərini müzakirə edəcək İclasda Azərbaycanı AZAL aviaşirkəti təmsil edir
Turizm
19 Yanvar , 2016 11:30
Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə aviaşirkətləri İpək Yolu üzrə uçuş qiymətlərini müzakirə edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ İstanbulda turizm üzrə işçi qrupunun Türk Şurasının iclası keçirilir.

"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, iclasda müasir "İpək yolu" turizm paketinin bütün detallarının işlənib hazırlanması və razılaşdırılması planlaşdırılır.

İclas çərçivəsində, həmçinin Qazaxıstan (Air Astana), Azərbaycan (AZAL) və Türkiyə (Turkish Airlines) hava yollarının nümayəndələri ilə görüşün keçirilməsi nəzərdə tutulur. Görüşün məqsədi "İpək yolu" üzrə uçuş qiymətlərini müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi