Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 45% artıb

Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 45% artıb 2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olmuşdur. Gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə,
Turizm
26 Aprel , 2022 12:12
Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 45% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% artaraq 435,3 min nəfər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin 48,5%-i Bakıda, 10,8%-i Qusarda, 8,0%-i Qubada, 7,6%-i Qəbələdə, 6,1%-i Şabranda, 3,4%-i Naftalanda, 3,1%-i Lənkəranda, 2,3%-i Naxçıvan MR-də, 1,2%-i Şamaxıda, 1,1%-i Mingəçevirdə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Rüb ərzində mehmanxanalarda gecələyənlərin 60,5%-i və yaxud 263,3 min nəfəri ölkə vətəndaşları olub. Bu isə 1 il əvvələ nisbətən 6,9% çoxdur.

Son 1 ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı isə 3,2 dəfə artaraq 172 min olub ki, bu da ümumi gecələmələrin 39,5%-ni təşkil edir. Gecələmələrin 14,2%-i Rusiya, 12,8%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 10,3%-i Türkiyə, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,4%-i Küveyt, 4,0%-i Böyük Britaniya, 3,1%-i ABŞ, 2,6%-i İsrail, 2,1% Pakistan, 2,0%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,6%-i Qətər, 1,5%-i İtaliya, 1,3%-i İran, 1,3%-i Gürcüstan, 1,3%-i Hindistan, 1,2%-i Ukrayna, 0,8%-i Niderland, 0,7%-i Fransa, 23,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70,8%-i Bakıda, 12,4%-i Qusarda, 5,8%-i Qəbələdə, 3,5%-i Naftalanda, 2,9%-i Qubada, 1,5%-i Şabranda,1,0%-i Naxçıvan MR-də, 2,1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi