Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 66% artıb

Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 66% artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 66,3% artaraq 1340,6 min olub.
Turizm
27 Oktyabr , 2021 11:43
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 66% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 66,3% artaraq 1340,6 min olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gecələmələrin 46,3%-i Bakıda, 8,8%-i Xaçmazda, 8,5%-i Qəbələdə, 5,8%-i Şabranda, 5,7%-i Qubada, 4,4%-i Lənkəranda, 3,8%-i Qusarda, 2,7%-i Naftalanda, 1,8%-i Qaxda, 1,7%-i Şamaxıda, 1,4%-i Naxçıvan MR-da, 1,3%-i Masallıda, 1,1%-i Mingəçevirdə, 0,7%-i Gəncədə, 0,6%-i Zaqatalada, 0,5%-i Şəkidə, 0,5%-i Astarada və 4,4%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Son 1 ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalardakı gecələmələrinin 35% azalaraq 241 min olub ki, bu da ümumi gecələmələrin 18,0%-ni təşkil edir.

Gecələmələrin 15,3%-i Türkiyə, 11,3%-i Rusiya, 11,2%-i Böyük Britaniya, 6,0%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,4%-i İtaliya, 3,2%-i Almaniya, 3,1%-i İsrail, 3,1%-i ABŞ, 2,2%-i Qətər, 1,9%-i Ukrayna, 1,7%-i Hindistan, 1,5%-i Belarus, 1,4%-i Niderland, 1,3%-i İran, 1,3%-i Qazaxıstan, 1,2%-i Fransa, 1,0%-i Norveç, 1,0%-i Gürcüstan, 28,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9%-i Bakıda, 5,3%-i Qəbələdə, 3,2%-i Qusarda, 2,1%-i Naxçıvan MR-da, 1,8%-i Qubada, 1,6%-i Şabranda, 1,3%-i Naftalanda, 0,4%-i Mingəçevirdə, 0,4%-i Şamaxıda, 1,0%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Ölkə vətəndaşları üzrə mehmanxanalarda gecələmələrin sayı isə illik müqayisədə 2,5 dəfə artaraq 1 099,6 min olub.

2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4% artaraq 154,1 milyon manat olub ki, onun da 60,8%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6%-i ictimai iaşə xidmətlərindən, 2,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ilin yanvar-sentyabr aylarında 7%). Bu göstərici Şabranda 83,1%, Beyləqanda 24,7%, Qubada 21,3%, Naftalanda 21,0%, Lənkəranda 20,4%, Qəbələdə 17,5%, Şəmkirdə 13,8%, Ağcabədidə 13,8%, Bakıda 13,5%, Cəlilabadda 13,2%, Bərdədə 13,0%, Şamaxıda 11,4%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Son xəbərlər

Orphus sistemi