Azərbaycan Malayziya ilə turizm sektorunda əməkdaşlığını genişləndirə bilər

Azərbaycan Malayziya ilə turizm sektorunda əməkdaşlığını genişləndirə bilər Azərbaycan və Malayziya arasında turizm sektorunda əməkdaşlıq genişləndirilə bilər.
Turizm
26 Oktyabr , 2023 14:55
Azərbaycan Malayziya ilə turizm sektorunda əməkdaşlığını genişləndirə bilər

Azərbaycan və Malayziya arasında turizm sektorunda əməkdaşlıq genişləndirilə bilər.

"Report" bu barədə "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qarşılıqlı turist səfərlərinin sayının artırılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Malayziya səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani və "Air Arabia" şirkətinin Bakı nümayəndəsi Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verən G.Qəhrəmanov zəngin təbiəti və rəngarəng memarlıq nümunələri ilə dünya turizmində xüsusi çəkisi olan Malayziya istiqamətinin son illər Azərbaycanda da məhşurlaşdığını qeyd edib. Məsafənin uzaqlığını nəzərə alaraq həm iki ölkənin turizm şirkətləri, həm də turistləri üçün səmərəli layihələrin hazırlanmasının vacibliyinə toxunan sədr Malayziya ilə yanaşı gələckdə yaxın istiqamətlər üzrə də kombo turların yaradılmasının, eləcə də komplektləşdirilmiş turpaketlərin hazırlanmasının hər iki ölkə üçün əhəmiyyətli ola biləcəyini bildirib. Rəhbərlik etdiyi qurumun hər zaman yeni istiqamətlərin açılmasına maraq göstərdiyini deyən G.Qəhrəmanov Malayziyanın turizm təşkilatları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Azərbaycanın geniş turizm potensialının və zəngin qonaqpərvərlik mədəniyyətinin olduğunu deyən müvəqqəti işlər müdiri ölkəsinin qarşılıqlı turizm əlqələrinin genişləndirilməsinə böyük önəm verdiyini bildirib. O, Malayziyanın Azərbaycanla turizm sahəsində öz təcrübələrini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Müzakirələr çərçivəsində birgə iş birliyinin yaradılması, turizm istiqamətlərinin və məhsullarının qarşılıqlı təşviqi, tanıtım məqsədli infoturların təşkili, həmçinin "Air Arabia" və digər aviaşirkətlər üzərindən uşuşların sayınına artırılması, üzv şirkətlərlə B2B formatlı görüşlərin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi