Azərbaycan kulinarları "Dünya Kulinariya Olimpiadası"nda mükafatlandırılıb

Azərbaycan kulinarları "Dünya Kulinariya Olimpiadası"nda mükafatlandırılıb Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki b
Turizm
8 Fevral , 2024 11:18
Azərbaycan kulinarları Dünya Kulinariya Olimpiadasında mükafatlandırılıb

Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom əldə edib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib.

Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla tərtib edilib.

Son xəbərlər

Orphus sistemi