Dövlət Turizm Agentliyi: Azərbaycan könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir

Dövlət Turizm Agentliyi: Azərbaycan könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir Azərbaycan könüllülük siyasətinin həyata keçirilməsi, könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir.
Turizm
5 Dekabr , 2019 13:10
Dövlət Turizm Agentliyi: Azərbaycan könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir

"Azərbaycan könüllülük siyasətinin həyata keçirilməsi, könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Turizm Agentliyinin (DTA) aparat rəhbəri Kənan Qasımov deyib.

K.Qasımovun sözlərinə görə, Azərbaycanda könüllülük fəaliyyəti ilə bağlı xeyli işlər görülür: "Dövlət Turizm Agentliyi olaraq biz bu təşəbbüsləri dəstəkləyirik".

"Çox sevindirici haldır ki, Azərbaycanın turizm könüllülərinin bu gün təsis konfransı keçirildi və onlar rəsmi fəaliyyətə başlayacalqar. Ölkəmizdə bu sahəyə marağı olan kifayət qədər gənclər var və onlar özlərini bu sahədə sınamaq istəyirlər. Həmçinin ölkəmizdə bununla bağlı böyük potensial var və biz bu potensialı dəyərləndirməliyik", - o bildirib.

Turizm könüllülərinin sayına gəldikdə isə DTA rəsmisi bildirib ki, konkret say olmasa bu sahəyə marağı olan gənclərin sayı minlərlədir: "Könüllülər gələcəkdə DTA və onun ayrı-ayrı strukturlarının inkişafına da töhfə verəcəklər. Həmçinin biz onların həvəsləndirilməsi və gələcək fəaliyyətlərinin inkişafı üçün də işlər planlaşdırmışıq".

K.Qasımov deyib ki, turizm könüllülərinə Hüseyn Məmmədov rəhbərlik edəcək: "Ümid edirəm ki, Hüseyn Məmmədov bu vəzifənin öhdəsindən layiqincə gələcək".

Son xəbərlər

Orphus sistemi