Azərbaycan Jeleznovodska gedən turist siyahısında liderdir - VİDEO

Azərbaycan Jeleznovodska gedən turist siyahısında liderdir - VİDEO Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan turistləri Rusiyanın Jeleznovodsk şəhərində istirahət etməyə üstünlük verirlər.
Turizm
11 Yanvar , 2019 07:17
Azərbaycan Jeleznovodska gedən turist siyahısında liderdir - VİDEO

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan turistləri Rusiyanın Jeleznovodsk şəhərində istirahət etməyə üstünlük verirlər.

“Report” xəbər verir ki, bunu Jeleznovodsk şəhər administrasiyasından bildiriblər.

Məlumata görə, şəhəri ötən il 120 mindən çox xarici qonaq ziyarət edib.

"2018-ci ildə gələn turistlərin sayına görə mütləq lider Azərbaycan olub – 1500-dən çox. Qazaxıstan, Özbəkistan və Ermənistan da ondan geri qalmır. İsrail, Yunanıstan, İtaliya, Avstraliya və ABŞ-dan da Jeleznovodska gələnlər olub", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Avropa və ABŞ-dan gələn turistlər istirahət üçün elit sanatoriya və mehmanxanaları deyil, ekanom sinfli sağlamlıq müəssisələrini seçirlər.

Son xəbərlər

Orphus sistemi