İyunun 27-dən iyulun 3-nə qədər İtaliyanın Sorrento şəhərində ilk Qlobal Gənclər Turizm Sammiti keçiriləcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, tədbiri Ümumdünya Turizm Təşkilatı (UNWTO), İtaliyanın Turizm Nazirliyi və Milli Turizm Agentliyi birgə təşkil edəcək.
Sammitə dünyanın 60-dan çox ölkəsindən gənclər, həmçinin Azərbaycan, Konqo, Xorvatiya, Almaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Maldiv adaları, İspaniya, Monteneqro, San-Tome və Prinsipi, Yəmən və bir sıra UNWTO Üzv Dövlətlərinin turizm və digər yüksək səviyyəli rəsmiləri qatılacaq.
Tədbir 12-18 yaş arası qlobal gəncləri idman, qastronomiya, əyləncə və innovasiya dünyasının əsas simaları da daxil olmaqla, sektorun liderləri ilə birləşdirəcək.