“Bugünkü görüşlərin nəticəsi olaraq, Azərbaycan turizm operatorları tərəfindən müvafiq təkliflər verilməsini gözləyirik”.
“Report” xəbər verir ki, bunu Kiyev Şəhər Şurası icra aparatının şöbə müdiri Marina Radova Ukraynanın turizm potensialına dair təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bizimlə gələn təşkilatlar azərbaycanlı həmkarları ilə görüşərək qarşıdakı əməkdaşlığa dair müvafiq sazişlər imzaladılar. Yəqin ki, öz aralarında razılaşmış şirkətlər müştərək turlar hazırlayacaq” – deyə o qeyd edib.
Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin müavini Marina Honda da pandemiyadan sonrakı dövrdə turizmi inkişaf etdirmək baxımından Ukrayna paytaxtının həftəsonu turlar üçün çox əlverişli olduğunu qeyd edib.