Azərbaycan holdinqi Türkiyədə hotel alır

Turizm
  • 05 dekabr, 2022
  • 12:04
Azərbaycan holdinqi Türkiyədə hotel alır

“PAŞA Holdinq” MMC Türkiyənin Bodrum şəhərində yerləşən məşhur “Mandarin Oriental” hotelinə ortaq olmağa hazırlaşır.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, razılaşma əldə olunsa, “PAŞA Holding” yerli “Astaş Holdinq”ə məxsus, hotelin idarəetməsi ilə məşğul olan “Asta Cennetköy Turizm” şirkətinin ortağı olacaq.

"Asta Cennetköy Turizm” Bodrum Ticarət Palatasında qeydiyyatdan keçib. Şirkətin baş ofisi Bodrumun Gölköy rayonunda yerləşən “Mandarin Oriental” hotelində qərarlaşıb.

Lüks hotellər şəbəkəsinin Türkiyədəki ilk hoteli “Mandarin Oriental” 2014-cü ildə açılıb. "Astaş Holdinq" layihəyə 650 milyon avro sərmayə qoyub.