Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdikləri ikinci ölkə olub

Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdikləri ikinci ölkə olub Bu ilin I rübündə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 104,8 min nəfər təşkil edib.
Turizm
178
25 May , 2020 11:19
Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdikləri ikinci ölkə olub

Bu ilin I rübündə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 104,8 min nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan vətəndaşlarının xarici ölkələrə səfərlərinin 22,2%-i Azərbaycanın payına düşüb. Azərbaycan qonşu ölkə vətəndaşlarının ən çox səfər etdikləri ikinci ölkə olub. Birinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 176,7 min nəfərə bərabər olub.

Yanvar-martda xarici ölkələrə səfərə yollanan gürcüstanlı ziyarətçilərin ümumi sayı 619,9 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 8,5% azdır. Səfərlərin böyük əksəriyyətini – 44,3%-ni 31-50 yaş qrupuna daxil olan şəxslər edib.

Səfərlərin 34,5%-i dost və ya qohuma baş çəkmək, 33%-i alış-veriş, 16,2%-i isə bizneslə bağlı olub.

Hesabat dövründəki səfərlərin 96,1%-i təkrar səfərlər olub. Bir səfər zamanı gecələmə müddəti 3,9 gün təşkil edib. 

Son xəbərlər

Orphus sistemi