Azərbaycan Daşkənddə keçirilən XXIII Beynəlxalq Turizm Sərgisində iştirak edir - FOTO

Azərbaycan Daşkənddə keçirilən XXIII Beynəlxalq Turizm Sərgisində iştirak edir - FOTO Sərginin ilk günündə Azərbaycan stendi maraq doğurub
Turizm
3 Oktyabr , 2017 15:23
Azərbaycan Daşkənddə keçirilən XXIII Beynəlxalq Turizm Sərgisində iştirak edir - FOTO
Report

Daşkənd. 3 oktyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində XXIII Beynəlxalq Turizm Sərgisi açılıb.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan da daxil olmaqla, 28 ölkədən turizm şirkətləri iştirak edir, onlar təmsil etdikləri ölkələrin turizm potensialını təqdim edir.

Açılış mərasimində çıxış edən Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri Əziz Abduxakimov ölkəsinin turizm və mədəniyyətinin təşviqi üçün tədbirin əhəmiyyətindən bəhs edib, eləcə də tədbir iştirakçılarının özləri üçün yeni Özbəkistan kəşf edəcəyinə və digər ölkələrdən olan həmkarları ilə məhsuldar əlaqələr quracağına ümidvar olduğunu bildirib.

Ardından sərginin qonaqları Özbəkistanın müxtəlif bölgələrinin və iştirakçı ölkələrin stendləri ilə tanış olublar.

Bundan əlavə, sərgi çərçivəsində Özbəkistan milli yeməkləri və onların hazırlanması üzrə master-klaslar nümayiş etdiriləcək.

Azərbaycan stendində üç turizm şirkəti xidmətlərini təqdim edir. Sərginin ilk günündə Azərbaycanın stendi həddindən çox maraq doğurub. Ziyarətçilərin əksəriyyəti ölkə və ora səfər etmək imkanları barədə məlumat almaqda maraqlı olublar.

Son xəbərlər

Orphus sistemi