Azərbaycan Bolqarıstanda keçirilən xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycan Bolqarıstanda keçirilən xeyriyyə yarmarkasında iştirak edib Səfirlik bazardakı satışdan toplanan vəsaiti xeyriyyə məqsədilə təşkilatçılara verib
Turizm
5 Dekabr , 2017 01:38
Azərbaycan Bolqarıstanda keçirilən xeyriyyə yarmarkasında iştirak edib

Sofiya. 5 dekabr. REPORT.AZ/ Bolqarıstanda 23-cü ənənəvi “Beynəlxalq Xeyriyyə Bazarı”nda Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxt Sofiyanın İnter Ekspo Mərkəzində keçirilən bazarda Azərbaycan güşəsi də yaradılıb.

Burada ziyarətçilərə ölkəmizin milli mətbəxinin ləziz təamları və eləcə də müxtəlif çeşidli suvenirlər təqdim olunub. Sofiya Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilən tədbirə bu ölkədə akkreditə olunan 50-dən çox diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif təşkilatlar və şirkətlər qatılaraq öz folkloru, milli mətbəxi, musiqisi, eksponat və geyimlərini sərgiləyiblər.

Səfirlik bazardakı satışdan toplanan və xeyriyyə məqsədilə istifadə olunacaq vəsaiti təşkilatçılara təhvil verib.

Son xəbərlər

Orphus sistemi