Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir Ölkəmizi sərgidə AZAL təmsil edir
Turizm
16 Mart , 2021 17:49
Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir

Moskva şəhərində Rusiyanın ən böyük beynəlxalq turizm sərgisi olan MİTT (Moscow International Turism & Travel – Moskva Beynəlxalq Turizm və Səyahətlər Sərgisi) açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, martın 16-18-də “Crocus Expo” sərgi mərkəzində keçirilən tədbirdə ölkəmizi MDB məkanındakı ən böyük hava yollarından sayılan AZAL təmsil edir.

Hər il keçirilən MİTT-də müxtəlif ölkələrdən, habelə Rusiyanın ayrı-ayrı regionlarından 1 500-dən artıq turizm şirkəti, o cümlədən turizm operatorları, agentliklər, ölkə və region turizm ofisləri, hava yolları, hotellər, sığorta şirkətləri iştirak edir.

Son dəfə 2019-cu ildə keçirilmiş MİTT-də 54 ölkədən və Rusiyanın 52 regionundan 1 800-dən artıq şirkət iştirak etmişdi.

Son xəbərlər

Orphus sistemi