Azərbaycan arxeoloqları Türkiyədəki qazıntılarda iştirak edəcək

Azərbaycan arxeoloqları Türkiyədəki qazıntılarda iştirak edəcək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu 2008-ci ildən Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlıq edir.
Turizm
24 Sentyabr , 2021 10:27
Azərbaycan arxeoloqları Türkiyədəki qazıntılarda iştirak edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu 2008-ci ildən Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bunu İnstitutun şöbə müdiri Fərhad Quliyev bildirib.

“Artıq bir çox ikitərəfli görüşlərimiz, birgə konfranslarımız olub. Uzun müddətdir ki, birgə tədqiqatlara başlamağı planlaşdırırdıq. Bu gün Türkiyədə çox möhtəşəm arxeoloji mədəniyyət var. “Daş təpələr” (“Göbəkli təpə”) abidəsinin və onun ətrafında bir neçə eyni tipli, XII minilliyə aid olan mədəniyyət abidələrinin aşkar olunması Anadolunu qədim sivilizasiyaların yaranışının mərkəzi hesab etməyə əsas verib. Bunu artıq xarici mütəxəssislər bunu qəbul edir. Gələn ildən Türkiyə hökuməti qazıntı işlərini genişləndirəcək. Təxminən 12 abidədə çox əsaslı tədqiqat işləri gedəcək. 2023-cü ildə dünya neolit dövrü mövzusunda böyük bir konqresin keçirilməsi nəzərdə tutulur. Bizim məqsədimiz odur ki, Azərbaycan 2 ildən sonra burada çox mötəbər şəkildə iştirak eləsin. Bizim burada ayrıca bir Azərbaycanın qədim arxeoloji mədəniyyətləri mövzusunda bölməmiz fəaliyyət göstərəcək. Orada bir neçə tədqiqatçı təqdimatla çıxış edəcək. Ən əsası budur ki, gələn ildən etibarən YUNESKO-nun siyahısına daxil olan mədəniyyət abidələrində azərbaycanlı arxeoloqlarının iştirakı mümkün olacaq. İlkin olaraq burada bir neçə mütəxəssisi və tələbələri tədqiqatlara cəlb edəcəyik.

Gələn ildən burada çox möhtəşəm qazıntılar aparılacaq, çoxlu sayda tədqiqat qrupları işləyəcək. İstəyirik ki, tədqiqat qruplarından biri də Azərbaycandan olsun. Hazırda bu istiqamətdə işlərimiz uğurla davam edir. İnanırıq ki, gələn il tədqiqat işlərində iştirak etməklə araşdırmalarda bizim də payımız olacaq və yeni məsələlərin ortaya çıxmasına nail olacağıq. Türkiyədə bu tədqiqatlarda həddindən artıq tələbələr iştirak edir, biz də istəyirik ki, bu tədqiqatlarda çoxlu sayda gənc tədqiqatçılarımız iştirak etsin. Burada araşdırmalarda işləməklə qədim dövrün bir çox qaranlıq səhifələrinə aydınlıq gətirmək olar. O cümlədən də Azərbaycanın qədim arxeoloji mədəniyyətlərinin öyrənilməsində “Göbəkli təpə” tipli abidələrin araşdırılması bizim üçün çox vacibdir. Bir var kitabdan oxuyasan, biri də var birbaşa bu tədqiqatlarda iştirak edəsən”, - deyə o, qeyd edi.

Son xəbərlər

Orphus sistemi