Azərbaycan Antalyada keçirilən iki sərgidə iştirak edir

Azərbaycan Antalyada keçirilən iki sərgidə iştirak edir Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriən 33-cü “Hotel Equipment" və 29-cu “Food Product" sərgilərində iştirak edir.
Turizm
18 Yanvar , 2023 13:45
Azərbaycan Antalyada keçirilən iki sərgidə iştirak edir

Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriən 33-cü “Hotel Equipment" və 29-cu “Food Product" sərgilərində iştirak edir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 40 min kvadratmet ərazini əhatə edən sərgiləri 50 min insanın ziyarət etməsi gözlənilir. Hər iki sərgiyə ümumilikdə 310 şirkət və 1 500-dən çox brend qatılıb.

Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Rusiya, İtaliya, Ukrayna, İran, İraq, Oman, Livan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, İsrail, Əlcəzair, Mərakeş, Qətər, Sudan, Tunis, Mavritaniya, Mali, Kosovo, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Tacikistan, Albaniya, Bosniya və Herseqovina, Serbiya, Şri-Lanka və Yaponiya təmsil olunur.

Son xəbərlər

Orphus sistemi