Azərbaycan bu il Rusiyadan 600 mindən çox turist qəbul edəcəyini gözləyir

Azərbaycan bu il Rusiyadan 600 mindən çox turist qəbul edəcəyini gözləyir 2024-cü ildə Azərbaycan turist axınının artacağını gözləyir və Rusiyadan 600 mindən çox turist qəbul etmək niyyətindədir.
Turizm
28 Fevral , 2024 17:32
Azərbaycan bu il Rusiyadan 600 mindən çox turist qəbul edəcəyini gözləyir

2024-cü ildə Azərbaycan turist axınının artacağını gözləyir və Rusiyadan 600 mindən çox turist qəbul etmək niyyətindədir.

“Report” xəbər verir ki bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

“2024-cü ildə rusiyalı turistlərin sayı 600 min nəfərdən çox olacaq. Pandemiyadan əvvəl bu rəqəm 1 milyon nəfər idi. Düşünürəm ki, yaxın gələcəkdə biz bu rəqəmə də nail olacağıq”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya ilə ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi hər iki ölkənin önəm verdiyi regionlararası əməkdaşlıqdır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 2,086 milyon xarici vətəndaş (187 ölkədən) səfər edib ki, bu da 2022-ci illə müqayisədə 30,2 % çoxdur. Onlardan 30 %-i Rusiyadan gəliblər.

Son xəbərlər

Orphus sistemi