Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir.
“Report” AZAL-a istinadən xəbər verir ki, aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.
Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.
Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.
Aviabiletləri rəsmi