AZAL Londona reysləri iyundan başlayaraq yerinə yetirəcək

AZAL Londona reysləri iyundan başlayaraq yerinə yetirəcək "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir
Turizm
1 May , 2021 12:46
AZAL Londona reysləri iyundan başlayaraq yerinə yetirəcək

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Bu barədə “Report”a AZAL-dan məlumat verilib.

Bildirilir ki, bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

“Aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik”, deyə məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi