Gürcüstanın Mülki Aviasiya Agentliyi 2019-2020-ci il üçün qış uçuş cədvəlini təsdiqləyib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, cədvəl oktyabrın 27-dən qüvvəyə minib.
2020-ci ilin martın 28-dək davam edəcək cədvəl çərçivəsində qonşu ölkənin beynəlxalq hava limanlarında 340 müntəzəm reys həyata keçiriləcək.
Qış uçuş cədvəlinə əsasən, “
AZAL Bakı-Batumi və Batumi-Bakı istiqamətləri üzrə sərnişinləri isə həftənin yalnız bazar günləri daşıyacaq. Bakıdan Batumiyə uçuş Tbilisi vaxtı ilə saat 12:35, əks istimaqətə uçuş isə saat 15:05-ə təyin olunub.
AZAL Gürcüstanın paytaxtı və Batumi şəhələrinə uçuşları “E 190” tipli təyyarələrlə yerinə yetirəcək.
Qeyd edək ki, Bakıdan Batumiyə birbaşa aviauçuşları AZAL-ın nəzdindəki “Buta” aşağıbüdcəli aviaşirkəti bu ilin iyunun 14-dən etibarən həyata keçirir.