Azərbaycan Turizm Bürosu yeni layihəyə start verir

Azərbaycan Turizm Bürosu yeni layihəyə start verir Rəqəmsallaşma turizm məhsullarını hazırlayanların və istehlakçıların ənənəvi rollarında da dəyişikliklərə səbəb olub
Turizm
8 Sentyabr , 2020 16:26
Azərbaycan Turizm Bürosu yeni layihəyə start verir

Azərbaycan Turizm Bürosu (ATB) ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə post-pandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq və ümumilikdə bu sahədə innovativ, rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihə təqdim edir.

Bu barədə “Report”a ATB-dən məlumat verilib.

Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə keçirilir.

“Son rəqəmsal texnologiyalar turizm sənayesində daha geniş əhəmiyyət kəsb etməyə başlamış və turizm məhsulları və biznes mühitinin formalaşmasında aparıcı amilə çevrilmişdir. Rəqəmsallaşma hətta turizm məhsullarını hazırlayanların və istehlakçıların ənənəvi rollarında da dəyişikliklərə səbəb olub. Xüsusən də pandemiya dövründən sonra rəqəmsal platformaların sayının artacağı və turizm məhsulları, xidmətləri və təcrübələrinin bilavasitə tələb əsasında, bazarın, iqtisadi amillərin və müştəri rəylərinin nəticəsində çevik formalaşacağı güman edilir. Beləliklə, qeyd edilən proqramın başlıca məqsədi rəqəmsal turizmin sahəsində təklif olunan və Azərbaycan turizm destinasiyası haqqında kontentin onlayn rejimdə yayımlanmasını təmin edən layihələrə dəstəyin göstərilməsidir”, - qurumun açıqlamasında qeyd edilir.

ATB tərəfindən yalnız aşağıda göstərilmiş meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlərə və bu tarixlərdə müraciət edilmiş layihələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, layihə üzrə müraciətlərin qəbulu sentyabrın 25-dək davam edəcək. Qəbul edilmiş layihələrin qiymətləndirilməsi və seçiminin isə oktyabrın 23-də bitməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi