ATAA üzvləri Naftalan və Gəncə şəhərlərinin turizm imkanları ilə tanış olublar

ATAA üzvləri Naftalan və Gəncə şəhərlərinin turizm imkanları ilə tanış olublar Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində yaradılan Turizm Ekspertlər Klubunun üzvləri Naftalan və Gəncə şəhərlərinin turizm potensialının araşdırılması və turizm məhsulları ilə tanışlıq məqsədilə bölg
Turizm
28 Oktyabr , 2022 18:40
ATAA üzvləri Naftalan və Gəncə şəhərlərinin turizm imkanları ilə tanış olublar

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində yaradılan Turizm Ekspertlər Klubunun üzvləri Naftalan və Gəncə şəhərlərinin turizm potensialının araşdırılması və turizm məhsulları ilə tanışlıq məqsədilə bölgəyə səfər ediblər.

“Report” xəbər verir ki, infoturun məqsədi qeyd edilən bölgələrdə mövcud turizm marşrutları, turizm məhsulları, istirahət və əyləncə mərkəzləri, eləcə də hotellər ilə yaxından tanış olmaq, toplanılan məlumatları Assosiasiyaya təqdim etməkdir.

Səfər zamanı ATAA-nın üzvlərinə Naftalan şəhərinin turizm potensialı haqqında ətraflı məlumat verilib, şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort mərkəzləri, neft vannaları və duz otaqları, turistlər üçün yaradılmış şərait, müalicə prosedurları nümayiş etdirilib. Bununla yanaşı, üzv şirkətlər bir müddət öncə fəaliyyətə başlayan Turizm İnformasiya Mərkəzini ziyarət ediblər.

Səfər çərçivəsində, həmçinin Gəncə şəhərinə də infotur təşkil edilib. İnfotur iştirakçıları şəhərin tarixi-memarlıq abidələrinə və turistik məkanlarına baş çəkib, turizm məhsulları ilə tanış olublar. Eyni zamanda onlar hotellərin fəaliyyəti, tutumu və turistlərə göstərilən xidmət təklifləri ilə bağlı məlumatlandırılıblar.

Assosiasiya bu marşrutların və məhsulların daha da təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi