Azərbaycan COP29-dan sonra ekoloji turizmi inkişaf etdirəcək

Azərbaycan COP29-dan sonra ekoloji turizmi inkişaf etdirəcək Azərbaycanın ildə 5 milyondan çox turist qəbul etmək üçün potensialı var.
Turizm
25 Yanvar , 2024 15:04
Azərbaycan COP29-dan sonra ekoloji turizmi inkişaf etdirəcək

Azərbaycanda COP29 tədbirindən sonra ekoloji turizm inkişaf etdiriləcək.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbirdə bildirib.

"Dünyada turizm növləri arasında ekoloji turizm ilk sıradadır. Azərbaycanda COP29 -dan sonra bu istiqamətdə mühüm işlər həyata keçiriləcək. İkinci yerdə çimərlik turizm dayanır. Azərbaycanın bu sahədə böyük potensialı var. Həm Abşeronda, həm də digər Xəzəryanı regionlarda çimərlik turizmi üçün çox işlər görülməlidir. Biz "Mavi bayraq" almaq üçün təşəbbüslər göstərməliyik. Türkiyə, Yunanıstan, Fransa və İspaniyada olan çimərliklər "Mavi bayraq" alıb. Onlar təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verir. Üçüncü yerdə isə dağ xizək turizmi dayanır. Azərbaycanda bu sahədə böyük inkişaf var", - deyə M.Ağakərimov əlavə edib.

"Azərbaycanın ildə 5 milyondan çox turist qəbul etmək üçün potensialı var. Koronavirus (COVID-19) pandemiyası turizm sektoruna zərbə vurmasaydı, Azərbaycan ötən il 4 milyon turist qəbul edə bilərdi. Ölkəmizin turizm potensialı genişdir. Bu gün Azərbaycanda 800 hotel fəaliyyət göstərir. Bu da inkişaf göstəricisidir. Onların arasında dünyanın brend hotelləri də var", - deyə o qeyd edib.

2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son xəbərlər

Orphus sistemi