Assosiasiya: Əsas hədəflərimizdən biri Azərbaycanın sağlamlıq turizmi potensialını daha geniş təbliğ etməkdir

Assosiasiya: Əsas hədəflərimizdən biri Azərbaycanın sağlamlıq turizmi potensialını daha geniş təbliğ etməkdir Bakı. 10 aprel. REPORT.AZ/ Hədəfimiz dünyada sağlamlıq turizmi ilə məşğul olan bütün təsisatları, ekspertləri Azərbaycana cəlb etməkdir
Turizm
620
10 Aprel , 2018 16:07
Assosiasiya: Əsas hədəflərimizdən biri Azərbaycanın sağlamlıq turizmi potensialını daha geniş təbliğ etməkdir
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev / Report/ Elchin Murad

Bakı. 10 aprel. REPORT.AZ/ "Hədəfimiz dünyada sağlamlıq turizmi ilə məşğul olan bütün təsisatları, ekspertləri Azərbaycana cəlb etməkdir"

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

O vurğulayıb ki, Azərbaycan Ümumdünya Sağlamlıq Turizm Təşkilatına 1 il rəhbərlik edəcək: "Gələn il Beynəlxalq Sağlamlıq Turizm Forumunun Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu platformalarda, təbii ki, əsas hədəflərimizdən biri də Azərbaycanın sağlamlıq turizmi potensialını daha geniş təbliğ etməkdir". 

Son xəbərlər

Orphus sistemi