Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb - EKSKLÜZİV

Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb - EKSKLÜZİV "Antalyaya turistik şəhər olduğundan bura Azərbaycanla yanaşı bütün dünyadan qonaqlar gəlir. Keçən il 70 mindən çox azərbaycanlı turist Antalyaya gəlib. Ümumilikdə il ərzində gələn xarici turistlərin sayı 13 milyondan çox olub".
Turizm
25 May , 2023 14:49
Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb - EKSKLÜZİV

"Antalya turistik şəhər olduğundan bura Azərbaycanla yanaşı bütün dünyadan qonaqlar gəlir. Keçən il 70 mindən çox azərbaycanlı turist Antalyaya gəlib. Ümumilikdə il ərzində gələn xarici turistlərin sayı 13 milyondan çox olub".

Bu fikirləri "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalya valisi Ersin Yazıcı deyib.

Valinin sözlərinə görə, bu ilin may ayının 17-nə olan məlumata görə Antalyada 4000-ə yaxın Azərbaycandan qonaq olub:

"Antalya dünyanın önəmli turizm məkanlarından biridir. Təxminən 600 min yatağı olan 428 ədəd beş ulduzlu hotelli şəhərdən bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın bura daha çox gəlmələrini gözləyirik".

Azərbaycanda Antalyanın turizm imkanlarının təbliği məsələsinə gəlincə, vali qeyd edib ki, bu istiqamətdə fəaliyyətləri davamlı həyata keçirilir: "Bu işləri həm turizm şirkətlər, həm də rəsmi qurumlar vasitəsilə edirik. Təbliğatın nəticəsini də müsbət geridönüşlə alırıq, gələn turistlərin sayında artım qeydə alınır".

"Antalyaya turist sayının daha çox olacağı təqdirdə ehtiyac olarsa uçuşların sayını artırmaq da olar. Turist gəlişini adətən turizm şirkətləri aylar öncədən həll edir. Əgər turist sayı çox olarsa, uçuş sayına təsiri mümkündür", - Ersin Yazıcı əlavə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə bir qrup deputat və jurnalist Antalyada səfərdə olub. Açıqlama həmin səfər zamanı götürülüb.

Son xəbərlər

Orphus sistemi