Amerika Hava Yolları yeni koronavirus pandemiyası səbəbindən ABŞ-ın onlarla şəhərindən uçuşları müvəqqəti olaraq dayandıracaq.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə məlumat aviaşirkətin saytında yayımlanıb.
Bildirilir ki, Amerika Hava Yolları pandemiya dövründə hava səyahətlərinə tələbatın azalması səbəbindən oktyabrın 7-dən etibarən Amerikanın 15 kiçik şəhərinə uçuşlarını dayandıracaq. Bunlara Del Rio (Texas), Sioux City və Dubuque (Ayova), Florensiya (Cənubi Karolina), Greenville (Şimali Karolina), Huntington (Qərbi Virciniya), Joplin (Missouri), Kalamazoo (Michigan), Lake Çarlz (Luiziana), New Haven (Konnektikut), New Windsor (New York), Roswell (New Mexico), Sprinqfild (İllinoys), Stillwater (Oklahoma) və Williamsport (Pennsylvania) daxildir.
Hava nəqliyyatının bir ay - noyabrın 3-dək dayandırılması planlaşdırılır. Eyni zamanda, onun bərpa müddətinin daha sonrakı tarixə təxirə salınması mümkündür.
Qeyd edilir ki, pandemiya səbəbindən ABŞ-da sərnişin axını xeyli azalıb. American Airlines, United Airlines və ABŞ-ın digər aparıcı aviaşirkətləri on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərib və ya işdən azad edib.