"Alov Qüllələri"nə yeni beynəlxalq dərəcəli marketinq meneceri təyin olunub

"Alov Qüllələri"nə yeni beynəlxalq dərəcəli marketinq meneceri təyin olunub Hoteli turizm sahəsində 28 illik təcrübəyə malik olan yeni satış müdiri təşviq edəcək
Turizm
1 Avqust , 2016 10:56
Alov Qüllələrinə yeni beynəlxalq dərəcəli marketinq meneceri təyin olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Bakının yeni simvoluna çevrilən "Fairmont Raffles Hotels International Hotels & Resorts" hotellər şəbəkəsinə daxil olan "Alov Qüllələri" ("Flame Towers") hotelinə yeni satış və marketinq müdiri təyin edilib. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Pamela Tito adlı xanım təyin olunub.

Qeyd edək ki, P.Tito Bakıdan öncə İzmirin "Swissotel Büyük Efes" hotelində satış və marketinq müdiri vəzifəsində çalışıb.

P.Tito turizm sektorunda 28 illik təcrübəyə malikdir. O, 1988-ci ildə "Büyük Efes Oteli"ndə stajçı olaraq işə başlayıb. P.Tito "Vyana Hilton", "İzmir Hilton", "Mares və Ege Palas" və digər bir çox tanınmış hotellərdə çalışıb. İzmirin "Swissôtel Büyük Efes" hotelinə isə 2010-cu ildə transfer olunub.

P.Tito türk, alman, italiyan, yunan, ingilis, fransız dillərini bilir.

Son xəbərlər

Orphus sistemi