“Türk Hava Yolları” yeni kampaniya keçirir

“Türk Hava Yolları” yeni kampaniya keçirir Güzəştli qiymətlərlə aviabiletlərin satışı avqustun 21-dək davam edəcək
Turizm
15 Avqust , 2016 11:52
“Türk Hava Yolları” yeni kampaniya keçirir

Bakı. 15 avqust. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) aviaşirkəti yeni kampaniya həyata keçirir.

Şirkətin Bakı ofisindən “Report”a bildirilib ki, kampaniya çərçivəsində THY-da aviabiletlərin qiyməti Bakı-İstanbul-Bakı reysinə 198 avro, Bakı-Ankara-Bakı - 252 avro, Bakı-Antalya-Bakı - 252 avro, Bakı-İzmir-Bakı - 252 avro, Bakı-Dalaman-Bakı - 252 avro, Bakı-Bodrum-Bakı reysinə 252 avro təşkil edəcək.

Kampaniya çərçivəsində biletlərin satış tarixi avqustun 21-dək, səyahət tarixi isə gələn il martın 15-dək olacaq.

Son xəbərlər

Orphus sistemi