"Nordstar" aviaşirkəti Norilskdən Bakıya yeni aviareys açır

"Nordstar" aviaşirkəti Norilskdən Bakıya yeni aviareys açır Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiyanın “Nordstar” aviaşirkəti martın 5-dən etibarən Norilsk-Samara-Bakı marşrutu ilə uçuşlara başlayacaq.
Turizm
12 Yanvar , 2018 17:27
Nordstar aviaşirkəti Norilskdən Bakıya yeni aviareys açır

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiyanın “Nordstar” aviaşirkəti martın 5-dən etibarən Norilsk-Samara-Bakı marşrutu ilə uçuşlara başlayacaq.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Yeni marşrutla aviareysin istifadəyə verilməsi ilə Azərbaycan paytaxtına uçuşların sayı həftədə 2 dəfəyədək artırılacaq. Uçuşlar "Boeing-737-800" layneri ilə həyata keçiriləcək. 

Hazırda aviaşirkət Bakıya uçuşları Ufa şəhərindən keçməklə həyata keçirir. 

“Nordstar” aviaşirkəti “Nornikel” şirkətlər qrupuna daxildir və ildə 1 mln. sərnişin dövriyyəsi ilə Rusiyanın iri aviaşirkətləri sırasındadır. Şirkətin aviaparkı "Boeing-737-800" və "ATR-42-500" təyyarələrindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi