Nazir: "Azarkeşlərə mədəniyyət xidmətləri göstərməyə hazırıq"

Nazir: "Azarkeşlərə mədəniyyət xidmətləri göstərməyə hazırıq" Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” turist sayının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Həmin tədbirdən sonrakı mərhələ də çox vacibdir və bizi rəqəmlərə baxdıqda böyük artımın olduğunu görürük”. 
Turizm
13 Fevral , 2018 11:08
Nazir: Azarkeşlərə mədəniyyət xidmətləri göstərməyə hazırıq
Report/ Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” turist sayının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Həmin tədbirdən sonrakı mərhələ də çox vacibdir və bizi rəqəmlərə baxdıqda böyük artımın olduğunu görürük”. 

"Report" xəbər verir ki, bunu mədəniyyət və turiz naziri Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib. O, azarkeşlərə mədəniyyət xidmətləri göstərməyə hazır olduqlarını söyləyib: “Müxtəlif muzeylər açırıq, tədbirlər keçiririk. Alış-veriş imkanlarını artıra, endirim kampaniyaları təşkil edə bilərik. Prezidentin sərəncamına əsasən, təsdiq edilmiş tədbirlər planımız var. Turist agenləri nəinki “Formula 1” üçün, ümumilkdə öz səylərini ortya qoyub, insanları cəlb edə bilərlər”. 

Nazir bildirib ki, yarışın təbliği istiqamətində Təşkilat Komitəsi ilə birgə fəaliyyət göstərirlər.

Son xəbərlər

Orphus sistemi