Bakı. 27 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycana səfər edən xarici turistlərlə bağlı cəmiyyətdə gəzən söz-söhbətlərə münasibət bildirib.
"Report" xəbər verir ki, nazir insanları anlayışlı olmağa çağırıb: "Təsəvvür edin ki, biz təzə müstəqillik qazananda özümüz xaricə gedəndə özümüzü necə aparırdıq? İmkan yaratmaq lazımdır ki, onlar gəlsin, ölkəmizi görsün. Azərbaycanı tanıtmaq üçün bir qədər anlayışlı olmaq lazımdır. Çünki onların gəlib burda xərclədikləri vəsaitlər insanlarımızın rifahı üçün istifadə edilir".