Yuxarı

​Kimsəsiz uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib

Layihə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib.

"Report" xəbər verir ki, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələrin Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfəri zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.

“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanıb. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” otelində yerləşiblər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqlar üçün qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr təşkil olunub. “Şahdağ” Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəziblər, yamaclarda tübinq gəzintilərində iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi