Yuxarı
    Bağlamaq

    İraqda "Kənd Təsərrüfatının mexanizasiyası və qida" sərgisi açılacaq

    Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər

    Bakı. 16 noyabr. REPORT.AZ/ İraqın Bağdad şəhərində IX “Kənd Təsərrüfatının mexanizasiyası və qida” sərgisi keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

    Bildirilib ki, sözügedən sərgi gələn il martın 14-dən 21-dək davam edəcək. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvət olunublar.

    Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi