Yuxarı

“İnter Travel Club” MMC-nin lisenziyası ləğv edilib

Turizm şirkətinin fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dayandırılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini dayandırıb.

"Report"xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.2. və 5.1.4. bəndlərini rəhbər tutaraq, "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (27.05.2011-ci il tarixli, qeydiyyat nömrəsi 224, seriya № 070496) turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) mədəniyyət və turizm nazirinin 390 nömrəli 19.08.2015-ci il tarixli əmrinə əsasən fəaliyyəti dayandırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi