Yuxarı
    Bağlamaq

    ​Honq-Konqun aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir

    Səfər mayın 8-dək davam edəcək

    Bakı. 5 may. REPORT.AZ/ Honq-Konqun aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanda tanışlıq səfərindədir. Mədəniyyət və Turizm Nazirliyindən “Report”a bildirilib ki, səfər çərçivəsində bu gün “Hilton Baku” mehmanxanasında iki ölkənin aparıcı turizm şirkətləri arasında işçi görüşü (workshop) keçirilib.

    Görüşdə “AGT”, “Rantour”, “Regea travel”, “Turizm.az”, “Atlas travel”, “Gilan Tourism”, “Victory tour”, “Granit AS” turizm şirkətləri və “Holiday İnn”, “Park İnn”, “Boulevard”, “Kempinski Badamdar” mehmanxanaları iştirak edib.

    Görüşün əvvəlində Azərbaycanın turizm potensialına dair videotəqdimat izlənilib. Tədbirdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.

    Qeyd edək ki, tanışlıq səfəri nazirlik və “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəyə turistlərin cəlb olunması, Honq-Konqun aparıcı turizm şirkətləri ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə mayın8-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi